KoronaVirus İnformasiya Portalı
Akopyandan Nikola şok: Kəs səsini, savaşın səbəbkarı sənsənbackend

Akopyandan Nikola şok: Kəs səsini, savaşın səbəbkarı sənsən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyana ya xahiş edərək, ya da zorla izah etmək lazımdır ki, o, Qarabağ məsələsi ilə bağlı, ümumiyyətlə, heç bir fikir bildirməməli, xüsusən də beynəlxalq media ilə görüşdən çəkinməlidir. “Rossiya-1” telekanalına verdiyi müsahibədə o, bunu inadla sübut etdi. Hətta BBC müxbiri tərəfindən alçaldılması ona dərs olmadı.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu ifadəni Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan şəxsi feysbuk səhifəsində paylaşdığı, Baş Nazir Nikol Paşinyana ünvanlanan mesajda yazıb.

Paşinyana müraciətlə “Kəs səsini” yazan Akopyan, həmçinin Dağlıq Qarabağdakı vəziyyətə toxunub: “Mövcud eskalasiyanın səbəbi Paşınyanın “Qarabağ – Ermənistandır” adlı populist şüarı, həmçinin Baş nazirin danışıqlar prosesindən imtina etməsidir. Erməni cəmiyyətinin respublika rəhbərinin siyasətindən narazılığı tamamilə əsaslıdır. Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən bəri Ermənistanı daha bərbad vəziyyətə salıb. Qısa müddət ərzində bir sıra dövlətlərlə, o cümlədən KTMT və Aİ tərəfdaşları ilə münasibətləri xeyli korlayıb.

Bununla yanaşı Ermənistanın “əsas siması” elementar tarixi faktları bilmədiyini və ümumiyyətlə, yüksək səviyyədə əsaslandırılmış söhbət apara bilməmə qabiliyyətini dəfələrlə nümayiş etdirib!”