Aktyordan prezident olmaz deyənlər Zelenskiyə baxsınlar – Afaq Bəşirqızıbackend

Aktyordan prezident olmaz deyənlər Zelenskiyə baxsınlar – Afaq Bəşirqızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aktyordan prezident olmaz deyən adamlar bugünkü Zelenskiyə baxsınlar. Ondan insanlıq, mərdlik, kişilik öyrənsinlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu Xalq artisti, aktrisa Afaq Bəşirqızı söyləyib.

Əməkdar incəsənət xadimi Məlahət Abbasova sosial şəbəkədə Ukrayna Prezidenti Vladimir Zelenski barədə müzakirələrə səbəb olacaq şərh yazıb.

Türkiyədə fəaliyyət göstərən aktrisa “Show News”un instaqram hesabına rəy yazaraq aktyordan siyasətçi olmayacağını qeyd edib: “Volodimir Zelenski aktyor, ssenarist və rejissordur. Komediyaçı və siyasətçidir. Siyasət onun işi deyil. Aktyordan lider olar? Adama deyərlər ki, get, aktyorluğunu və rejisssorluğunu et. Əlbəttə ki, bu savaşda yalnız qalacaq”.

(Toplum TV)