Azərbaycan Respublikasının Ali Məhkəməsi informasiya-kommunikasiya texnologiyaları avadanlıqları və lisenziyaların alınması üzrə tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın təxmini dəyəri 182.789,08 manat təşkil edir.
Layihə çərçivəsində aşağıdakı avadanlıqların alınması nəzərdə tutulub:
Access point – tri-radio quruluşlu, BLE/Bluetooth dəstəyi, yüksək ötürmə sürəti və PoE dəstəyi ilə, 3 ədəd.
Televizor 75″ və TV altı təkərli – LED, 4K UHD, səs sistemi Dolby Digital Plus, 1 ədəd.
Printer, ağ-qara, A4 LaserJet – çap, surət, skan, faks funksiyaları ilə, 14 ədəd.
Soyuducu – 120 L, kompakt ölçü, A+ enerji sinfi, 2 ədəd.
Kağızdoğrayan – P4 məxfilik dərəcəsi, 35 L səbət həcmi, 1 ədəd.
Komputer Monoblok – Intel Core Ultra 7, 32GB RAM, 1TB SSD, 31.5″ 4K ekran, NVIDIA GeForce RTX 4050, 1 ədəd. və sairə..
Tenderin məqsədi məhkəmə sistemində işlərin elektronlaşması və İKT infrastrukturunun gücləndirilməsi ilə bağlıdır. Alınacaq avadanlıqlar həm operativ iş imkanlarını artıracaq, həm də iş proseslərinin təhlükəsizliyini təmin edəcək.













