Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandıbackend

Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) NOCOMMENT-ə bildirilib ki, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 49, ən gəncinin isə 15 yaşı var.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 nəfər (o cümlədən 779 subbakalavr) dövlət sifarişi əsasında, 21 932 nəfər (o cümlədən 5 006 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.