Almaniyada Avropa Parlamentinə keçiriləcək seçkilərə namizəd siyasətçi Matthias Ecke döyülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz bununla birlikdə mübarizə aparmalıyıq”,- deyə kansler bildirib.
Partiyanın yaydığı məlumata görə, siyasətçi Drezdendə seçki plakatlarını asarkən dörd naməlum şəxsin hücuma məruz qalıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunmalıdır.