Almaniyada azərbaycanlı ailə qətlə yetirildibackend

Almaniyada azərbaycanlı ailə qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada azərbaycanlı gənc 2 ailə üzvünü öldürməkdə, 3-ünü isə yaralamaqda ittiham olunur.

NOCOMMENT.az ölkə.az-a istinadla xəbər verir ki, hadisə Saksoniya-Anhalt vilayətinin Maqdeburq şəhərində baş verib.

18 yaşlı oğlan 42 yaşlı anasını və 9 yaşlı qardaşını öldürməkdə şübhəli bilinərək həbs edilib.

Hadisədən sonra bıçaq da daxil olmaqla, şübhəli şəxsə aid olduğu deyilən bir neçə əşya ələ keçirilib.

Təqsirləndirilən şəxslər və zərərçəkənlər Azərbaycan mənşəli olsalar da, həm Türkiyə, həm də Rusiya vətəndaşlığı var.

Bazar günü baş verən qətl hadisəsi zamanı 18 yaşlı gəncin daha 3 ailə üzvünü yaraladığı bildirilir. Bu, şübhəlinin 13 və 15 yaşlı iki bacısı və 17 yaşlı qardaşıdır. Onlar xəstəxanaya yerləşdirilib.

Cinayətin motivi ilə bağlı heç bir detal açıqlanmayıb.