Almaniyada çətənə qanuniləşdirilibbackend

Almaniyada çətənə qanuniləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada müzakirə mərhələsində cəmiyyətdə qızğın müzakirələrə səbəb olan qanun qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, o, sirrin (cannabis –  çətənə bitkisi) saxlanmasını və becərilməsini tənzimləyir.

Yeni qaydalara əsasən, yaşı 18-dən yuxarı olan vətəndaşlara şəxsi istifadə üçün küçədə 25 qramdan çox olmayan çətənə narkotik vasitə gəzdirməyə icazə verilir. Evdə üçdən çox sirr kolu yetişdirməyə və ya 50 qrama qədər sirr saxlamağa icazə verilir. Sirr artıq qadağan olunmuş maddələr siyahısında deyil.

Sakinlər və turistlər artıq Almaniyada ictimai yerlərdə sirr istehlak edə biləcəklər. Amma bunu uşaqların, yeniyetmələrin yaxınlığında, o cümlədən uşaq bağçalarının, məktəblərin, uşaq və idman meydançalarının yaxınlığında, piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə gün ərzində etmək qadağandır. İyul ayından etibarən hökumət icma sirr təşkilatlarına nəzarət edəcək, onlara sirr yetişdirməyə və narkotiki ciddi qaydalar altında üzvlərə paylamağa icazə verəcək. Qanun həmçinin sirr asılılığının qarşısını almaq üçün tədbirlər nəzərdə tutur.