Almaniyada Covid-19 məhdudiyyətlərinə ETİRAZ EDİLDİbackend

Almaniyada Covid-19 məhdudiyyətlərinə ETİRAZ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtı Berlində baş nazirlik binası qarşısında yeni növ koronavirus (Covid-19) tədbirlərinə qarşı etiraz aksiyası keçirilib.

NOCOMMENT.az xəbər verir ki, nümayişlərini davam etdirən fəallar Covid-19 tədbirlərinin ləğvini tələb ediblər.

Maska taxma və sosial məsafə qaydalarına riayət olunmadığı nümayişdə etirazçılar əl-ələ tutaraq “Merkel xalqın gəldi” və “Azadlıq” kimi şüarlarını səsləndiriblər.

Almaniya polisi, baş nazirlik qarşısında geniş təhlükəsizlik tədbirləri alıb.

Bir müddət aksiyanı davam etdirən nümayişçilər daha sonra nazirlik binasının qarşısından ayrılıblar.

17 İyun Prospektində olan daha bir nümayiş sosial məsafə qaydasına əməl edilmədiyinə görə polis tərəfindən sonlandırılıb.

Berlində təşkil edilən və 17 mindən çox insanın qatıldığı daha bir yürüş, sosial məsafə və maska ​​taxma qaydalarına əməl edilmədiyinə görə təşkilatçı tərəfindən dayandırılıb.

Almaniyanın Səhiyyə naziri Jens Spahn, Twitter’də etdiyi açıqlamada paytaxtda edilən nümayişləri tənqid edərək, “Bəli, nümayişlər korona dövründə keçirilməlidir. Ancaq belə deyil. Məsafələr, gigiyena qaydaları və maska ​​hər kəsin qorunmasına xidmət edir” fikirlərini bildirib.