Almaniyada qaradərili deputatın ofisinə hücum edildibackend

Almaniyada qaradərili deputatın ofisinə hücum edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Sosial Demokrat Partiyasının (SPD) qaradərili deputatı Karamba Diabinin Halle şəhərindəki ofisinə hücum edildiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Diabi, verdiyi yazılı açıqlamada dünən gecə ofisinin yanar maye ilə yandırıldığını bildirib.

Hadisədə heç kimin zərər görmədiyini, ancaq ziyan dəydiyi üçün ofisindən bir müddət istifadə edə bilməyəcəyini ifadə edən Diabi həm özünün, həm də polisin şübhəlini tanıdığını qeyd edib.

Diabi daha əvvəl şübhəli şəxsə qarşı çoxlu cinayət işi açdığı barədə məlumat paylaşıb.

Keçmişdə olduğu kimi ruhdan düşməyəcəyini vurğulayan Diabi həmrəyliklərinə görə tərəfdarlarına təşəkkür edib.

NOCOMMENT.AZ