Almaniyadan kritik Rusiya qərarı: Sərhəddə tankları geri çəkirbackend

Almaniyadan kritik Rusiya qərarı: Sərhəddə tankları geri çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Rusiyanın Ukraynaya hücumundan sonra Polşa və Slovakiyada yerləşdirdiyi “Patriot” raketdən müdafiə sistemlərini geri çəkməyə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, Berlinin məhdud hərbi resurslarından ən yaxşı şəkildə istifadə etmək üçün belə bir qərar qəbul etdiyi bildirilib.

Məlumata görə Polşanın cənub-şərqindəki Lyublin voyevodalığında yerləşdirilən iki müdafiə sistemi iyunun sonunadək geri çəkiləcək.

Slovakiyadakı patriot müdafiə sisteminin 2023-cü ilin sonuna qədər geri götürülməsi qərara alınıb.

Qeyd edək ki, Almaniya 2022-ci ilin martında, Ukraynada müharibə başlayandan dərhal sonra NATO-nun şərq cinahını gücləndirmək üçün Slovakiyaya patriot raketdən müdafiə sistemi göndərmişdir.

NOCOMMENT.AZ