Almaniyadan Ukraynaya ağır zərbə: Veto qoyuldubackend

Almaniyadan Ukraynaya ağır zərbə: Veto qoyuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna müdafiə naziri Aleksey Reznikov Almaniyadan müdafiə silahlarının alınmasına veto qoyulmasına reaksiya verib.

NOCOMMENT.az xəbər verir ki, nazir bu barədə “Financial Times” qəzetinə müsahibəsində danışıb.

Reznikov bildirib ki, Almaniya ötən ay NATO-nun Dəstək və Təchizat Agentliyi vasitəsilə Ukraynanın dron əleyhinə silahlar və sistemlər almasına veto qoyub.

Almaniyanın hələ də “Şimal axını-2” qaz kəmərini inşa etdiyinə diqqət çəkən Reznikov vurğulayıb: “Onlar bizim müdafiə silahlarımıza veto qoyurlar. Bu, ədalətli deyil”.

Bundan əvvəl ABŞ da Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketini dayandırıb.
teleqraf