Almaniyanın Putini həbs etməsi Rusiyaya müharibə elanıdır – Medvedyevbackend

Almaniyanın Putini həbs etməsi Rusiyaya müharibə elanıdır – Medvedyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Almaniya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini öz ərazisində həyata keçirərsə, bu, Rusiyaya qarşı müharibə elanı ilə eyni olacaq.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına müsahibə verərkən açıqlama verib.

Medvedev deyib: “Təsəvvür edək, açığı, bu, heç vaxt baş verməyəcək bir vəziyyətdir, amma təsəvvür edək ki, bu baş verir. Nüvə dövlətinin başçısı (Putin) Almaniyaya getdi və həbs olundu. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elanı olardı. Bu halda bizim bütün raketlərimiz Bundestaq (Almaniya Federal Məclisi) və kanslerin (Almaniya Baş naziri Olaf Şolts) ofisinə uçacaq”.

NOCOMMENT.AZ