Almaniyanın yeni müdafiə naziri vəzifəsinə başladıbackend

Almaniyanın yeni müdafiə naziri vəzifəsinə başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın 2013-cü ildən bəri təyin olunan ilk kişi müdafiə naziri Boris Pistorius and içərək vəzifəsinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, Pistorius bu səhər Almaniya kansleri Olaf Şolts və onun sələfi Kristin Lambrextlə birlikdə Bellevue Sarayına gedərək prezident Frank-Valter Ştaynmayerdən müdafiə naziri təyin olunduğuna dair sənəd alıb.

Ukraynaya daha çox hərbi dəstək vəd edən Ştaynmayer çıxışında yeni gələn müdafiə nazirinə  Almaniya silahlı qüvvələrinin yenidən milləti qoruyacaq vəziyyətə gətirilməsi barədə xəbərdarlıq edib.