Altmış minə yaxın ukraynalı hərbçi Aİ-də təlim keçibbackend

Altmış minə yaxın ukraynalı hərbçi Aİ-də təlim keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin fevraldan bəri 60 minə yaxın ukraynalı hərbçi Avropa İttifaqının Ukrayna üçün Hərbi Təlim Missiyası (EUMAM Ukraine) çərçivəsində təlim keçib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Euractiv portalı Kiyevin hesablamalarına istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, Avropa İttifaqının Ukraynaya hərbi yardımı 39 milyard avronu ötüb.

Ukraynanın Aİ-dəki nümayəndəsi Vsevolod Çentsov portalla söhbətində bildirib ki, Avropa İttifaqında yeni rəhbərlik işə başladıqdan sonra Kiyev əməkdaşlığın daha da genişlənməsinə ümid edir. Onun sözlərinə görə, Ursula Fon der Lyayenin yenidən Avropa Komissiyasının rəhbəri, eləcə də Roberta Metsolanın Avropa Parlamentinin sədri seçilməsi “xüsusilə ümidvericidir, çünki onların hər ikisi Ukraynanı davamlı olaraq dəstəkləməyə üstünlük verir”.

“EUMAM Ukraine” missiyası 2022-ci ilin oktyabrında start götürüb. Missiya çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları mütəmadi olaraq Aİ ölkələrinin silahlı qüvvələrinin standartlarına uyğun təlim keçirlər. 2023-cü ilin noyabrında Aİ Ukrayna hərbçilərinin təlimi üçün təxminən 200 milyon avro ayırıb.