Amaşovun postu uğrunda mübarizə başladı: Namizəd olacağambackend

Amaşovun postu uğrunda mübarizə başladı: Namizəd olacağam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir jurnalist Azərbaycan Mətbuat Şurasının sədrliyinə namizədliyini irəli sürmək niyyətindədir.

NOCOMMENT xəbər verir ki, demokrat-ın əldə etdiyi məlumata görə, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Niyaz Niftiyev yaxın günlərdə keçirilməsi gözlənilən Azərbaycan Jurnalistlərinin VIII Qurulrayında sədrliyə namizəd ola bilər.

Məsələ ilə bağlı Niyaz Niftiyev saytımıza açıqlamasında xəbəri təkzib etməyib: “Əgər Əflatun Amaşov namizədliyini vermədiyi təqdirdə özüm verəcəm. Düşünürəm ki, fəaliyyətdə olan MŞ İdarə Heyətinin zəhmətkeş üzvü kimi təcrübəm də var”.