SENSASİYA! Sarsıdıcı müharibə BAŞLAYIR - Bu tarixdə...

SENSASİYA! Sarsıdıcı müharibə BAŞLAYIR - Bu tarixdə...

Yaxın Şərq regionu növbəti dəfə bütün qlobal təhlükəsizlik arxitekturasını və dünya iqtisadiyyatını lərzəyə gətirə biləcək irimiqyaslı və dağıdıcı hərbi eskalasiya dalğasının astanasında dayanıb. Beynəlxalq hərbi-siyasi müstəvidə baş verən son gəlişmələr, xüsusən də İran və İsrail arasında hərbi qarşıdurmanın üçüncü raundunun başlamaq üzrə olması barədə gələn kəşfiyyat məlumatları bölgədəki vəziyyəti idarəolunmaz həddə çatdırıb. İran hərbi birləşmələrinin Livanın cənub ərazilərini faktiki olaraq nəzarətə götürməsinə cavab olaraq İsrail ordusunun Tehranın strateji mövqelərinə qarşı kütləvi cavab zərbələri endirməsi gərginliyi pik nöqtəyə daşıyıb. Yaranmış real hərbi təhlükə fonunda ABŞ administrasiyasının İsraildə fəaliyyət göstərən səfirlik və konsulluqlarının işini təcili dayandırmaq barədə rəsmi əmr verməsi rəsmi Vaşinqtonun da böyük müharibə ssenarisini qaçılmaz hesab etdiyini göstərir. Ağ Ev rəhbəri Donald Trampın ABŞ-nin nüfuzlu "FOX News" telekanalına verdiyi son müsahibəsində İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək ondan dərhal danışıqlar masasına geri dönməsini və regional atəşkəs şərtlərini qəbul etməsini kəskin şəkildə tələb edəcəyini bəyan etməsi prosesin pərdəarxası diplomatik böhran tərəfini də ifşa edir. Bu kəskin dinamika hərbi xaosun coğrafiyasının sürətlə genişlənəcəyindən xəbər verir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, Tehran və Təl-Əviv xəttində hərbi əməliyyatların bu müstəvidə yenidən alovlanması sadəcə iki dövlət arasında lokal toqquşma ilə məhdudlaşmayacaq, bütöv bir coğrafiyanı sarsıdacaq qlobal fəsadlara yol açacaq: "İran və İsrail arasında III raundun başlaması Yaxın Şərq və ətraf regionları, eləcə də bu bölgəyə qonşu olan dövlətləri bəlkə də tarixin ən sarsıdıcı müharibəsinə şahidlik etmək məcburiyyətində qoyacaq. ABŞ-ın diplomatik nümayəndəliklərini qapatması və Trampın Netanyahuya qarşı kəskin ritorikası onu sübut edir ki, Vaşinqton artıq İsrailin təkbaşına atdığı hərbi addımların idarəolunmaz nəticələrindən ciddi şəkildə narahatdır. Əgər tərəflər dərhal cilovlanmasa, hərbi toqquşmaların intensivliyi Fars körfəzinin tamamilə blokadaya alınmasını qaçılmaz edəcək. SEPAH və İranın regional proksi qüvvələri Hörmüz boğazı və Fars körfəzi ətrafında dəniz nəqliyyatının hərəkətini tamamilə dayandırmaqla bu blokadanı uzunmüddətli və keçilməz bir hərbi mühasirə formasına sala bilərlər".

Politoloqun sözlərinə görə, Fars körfəzində reallaşa biləcək uzunmüddətli hərbi blokada ssenarisi dünya iqtisadiyyatını və qlobal logistika zəncirini birbaşa iflic etmək gücünə malikdir: "Müasir dünyada qlobal ticarət dövriyyəsinin, xüsusən də beynəlxalq enerji daşımalarının təxminən 20-30 faizlik nəhəng payı birbaşa bu regionun, Fars körfəzinin və onun strateji boğazlarının üzərinə düşür. Bu marşrutun müharibə alovları içində qapanması onsuz da inflyasiya və resessiya təhlidləri ilə üz-üzə qalan dünya bazarını tamamilə çıxılmaz və tənəzzüllü bir duruma salacaq. Enerji daşıyıcılarının qiymətində kəskin sıçrayışlar baş verəcək, qlobal tədarük zəncirləri qırılacaq. Bu baxımdan, Tramp administrasiyasının Netanyahunu masaya qaytarmaq cəhdləri sadəcə regional sülhü qorumaq yox, həm də ABŞ-ın qlobal iqtisadi maraqlarını və payızda keçiriləcək seçkilər ərəfəsində Amerikanın daxili bazar sabitliyini sığortalamaq məqsədi daşıyır. Əgər böyük güclər bu hərbi eskalasiyanı diplomatik rıçaqlarla dayandıra bilməsələr, geosiyasi xaotik dalğalanma bütün regional təhlükəsizlik sistemini darmadağın edəcək", - deyə ekspert xəbərdarlıq edib.