Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı?

Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı?

Bəzi market və bazarlarda kiloqramı üç, altı manata olan kolbasa və sosislər satılır.

NOCOMMENT.az xəbər verir ki, aşağı qiymət alıcıların diqqətini cəlb etsə də bu tip məhsulların keyfiyyəti ilə bağlı suallar yaranır.

İnsanları narahat edən əsas məqamlardan biri də belə məhsulların üzərində onların tərkib məlumatlarının qeyd olunmamasıdır.

Alıcılardan bəziləri əlacsızlıqdan bu məhsulları aldıqlarını desələr də, bəziləri onları keyfiyyət baxımından şübhəli hesab edir.

Mütəxəssislər qeyd edir ki, alıcılar mütləq şəkildə məhsulun üzərində olan məlumatları oxumalı və buna uyğun olaraq da qərar verməlidirlər.