Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində 2025-ci il 17 noyabr tarixində mina hadisəsi baș verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində xəsarət alan əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.
İmamverdiyev Samir rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.













