Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilibbackend

Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ötən gün saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.