Anqolada cadugərlik sınağından 50 nəfər ölübbackend

Anqolada cadugərlik sınağından 50 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anqolada cadugərlikdə günahlandırılan 50-dən çox adam yerli inancların qaranlıq qüvvələri ilə ünsiyyət üçün sınaq olduğunu söylədiyi maye içməyə məcbur edildikdən sonra ölüblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kamakupa şəhərində baş vermiş hadisə zamanı qaranlıq qüvvələri ilə əlaqə sınağı icmanın ağsaqqalları tərəfindən həyata keçirilib. 

Mayenin tərkibinə tam olaraq nə daxil olduğu məlum deyil.

Yerli polisin məlumatına görə, Anqolada belə bir ritual geniş yayılıb, lakin son vaxtlar belə hadisələrin sayı artıb və hüquq-mühafizə orqanlarının əməkdaşları onların qarşısını almağa çalışırlar. Hazırda Anqolada sehr tətbiq etməyi qadağan edən heç bir qanun yoxdur.