Antiterror əməliyyatı: Araik Arutyunyanın HƏBSİ… – AÇIQLAMAbackend

Antiterror əməliyyatı: Araik Arutyunyanın HƏBSİ… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda keçirilən hərbi təlimlər hansısa təhlükənin olması demək deyil. Amma biz bilirik ki, Ermənistan bir müddət keçdikdən sonra Azərbaycana qarşı terror və cinayət hadisələrini həyata keçirə bilər”.

NOCOMMENT xəbər verir ki, bu sözləri hərbi ekspert Ramil Məmmədli redaktor.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə halların qarşısını almaq, xüsusən ermənilərin kompakt yaşadıqları ərazilərdə qarşıya çıxa biləcək hadisələr barədə dövlət əvvəlcədən tədbirlər görür: “Ermənistan mövcud olduqca Azərbaycan üçün terror təhlükəsi həmişə var. Bundan qorunmağın yeganə yolu tədbirli olmaqdır. İstənilən an işğaldan azad edilmiş ərazilərimizə düşmənin sızmaları və terrorçu əməlləri ola bilər”.

Azərbaycanda axtarışda olan erməni terrorçularının zərərsizləşdirilməsi istiqamətində nə kimi addımlar atıla bilər sualına isə ekspert belə cavab verib: “Rusiya sülhməramlılarının arxasında gizlənən Vitali Balasanyan, Araik Arutyunyan və digər terrorçular var, biz onları tanıyırıq. Azərbaycanda soyqırım aktları həyata keçiriblər. Onların məsuliyyətə cəlb olunmaları üçün Azərbaycan tərəfi cinayət işi açıb, ilk imkanda həbs olunacaqlar. Amma reallıq budur ki, onların arxasında dayanan, özlərini siyasətçi kimi qələmə verən qurumlar var, ona görə də bu şəxsləri həbs etmək çətindir”.