Antonio Quterreş: “Qırmızı dənizdəki vəziyyət tezliklə nəzarətdən çıxa bilər”backend

Antonio Quterreş: “Qırmızı dənizdəki vəziyyət tezliklə nəzarətdən çıxa bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qırmızı dənizdə gərginlik çox yüksək səviyyədədir və vəziyyət tezliklə nəzarətdən çıxa bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Baş katibi Antonio Quterreş məlumat verib.

“Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və tezliklə onu cilovlamaq mümkün olmayacaq”, – deyə Quterreş bildirib.

Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalardan ciddi narahatlığını ifadə edib:

“Atışmalar İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir göstərəcək. Tərəfləri hərbi əməliyyatları dayandırmağa çağırıram”.