BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak etmək üçün Bakıya səfər etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, TASS-a müsahibəsində bildirib.
Qeyd edək ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası təşkil olunacaq.
Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.