Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir — Pulunuz kəsiləcəkbackend

Aprelin 1-dən bu ödənişlərə komissiya gəlir — Pulunuz kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az-ın məlumatına görə, eManat istifadəçilərə ünvanladığı məlumatda terminallar vasitəsilə həyata keçirilən bəzi əməliyyatlar üzrə yeni xidmət haqqının tətbiq olunacağını açıqlayıb.

“Premium Bank” kart və hesablarına terminallar vasitəsilə edilən mədaxillərdən 1% xidmət haqqı tutulacaq. Digər ödəniş istiqamətləri üzrə tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur. Müvafiq xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Yeni komissiya qaydası 1 aprel 2026-cı il tarixindən tətbiq ediləcək.