24.10.2025-ci il tarixində saat 16:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağstafa rayonundan çağırış daxil olub.
NOCOMMENT.az bildirir ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Ağstafa təcili tibbi yardım briqadası tərəfindən 1984-cü il təvəllüdlü (qadın) şəxsə tibbi xidmət göstərilib və aqonal vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunan şəxsə göstərilən reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:05-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb.













