AQTA 13 müəssisədə nöqsanlar aşkarladıbackend

AQTA 13 müəssisədə nöqsanlar aşkarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən 21 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirdiyi monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar aşkarlayıb.

AQTA-dan NOCOMMENT.az-a verilən məlumata görə, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 13, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyektləri
1 “Star” market Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2 “Sevimli Dad” market Nəsimi rayonu, Azadlıq pr., ev 95 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3 Məmmədov Eldəniz Pənah oğluna məxsus market Sumqayıt şəhəri, 12-ci mkr Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4 Abasov Emil Kərim oğluna məxsus market Sabirabad rayonu, Qaratəpə kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5 Əhədov Vasif Vaqif oğluna məxsus market Sabirabad rayonu, Şəhriyar kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6 Bayramov Heydər Binnət oğluna məxsus ərzaq mağazası Daşkəsən rayonu, A.Abdullayev küç., ev 45 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
7 “Elyar” market Daşkəsən şəhəri, H.Əliyev prospekti 26 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
8 “Movida Plaza” şadlıq sarayı Xətai rayonu, N.Tusi küç.,

ev 10K

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9 “Berlin Dönər” Nərimanov rayonu, F.X.Xoyski küç., ev 830-835 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
10 “Mix Point” kafesi Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 27D Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
11 “Çinar” kafesi Şamaxı şəhəri, Şərifzadə küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
12 “Adana Dönər” Şamaxı şəhəri, N.Nərimanov küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
13 “Turan” şadlıq sarayı Tovuz rayonu, Aşağı Öysüzlü kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu