Ara Babloyandan İlham Əliyevə açıq məktubbackend

Ara Babloyandan İlham Əliyevə açıq məktub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Sabiq səhiyyə naziri, Ermənistan Milli Assambleyanın keçmiş sədri Ara Babloyan Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, Babloyan məktubunda həm Ermənistanın, həm də Azərbaycanın bir ölkənin tərkibində olduğu bir vaxtda minlərlə uşağın o cümlədən yüzlərlə azərbaycanlı uşağın həyatını xilas edən uşaq cərrahı kimi fəaliyyətini vurğulayıb. O Ermənistanın səhiyyə naziri kimi regionda qızılca epidemiyasının qarşısını almaq, Azərbaycana qızılcaya qarşı peyvəndi təklif etmək üçün göstərdiyi səylərdən də danışıb.

Babloyan Ermənistan Milli Assambleyasının sədri kimi rolunu əsas gətirərək, münaqişənin dinc, siyasi yolla həlli yollarının olmaması səbəbindən həm erməni, həm də Azərbaycan tərəfində gənclərin həlak olmasına qəti etirazını bildirib.

Məktubun əsas məğzi Prezident Əliyevə Dağlıq Qarabağ ermənilərinə amnistiya ilə bağlı vədini xatırlatmaqdır. Prezident Əliyev amnistiya müqabilində Dağlıq Qarabağdakı ermənilərin silahlarını yerə qoymasını, dövlət strukturlarını ləğv etməsini şərt qoyub. Bu vəd dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərlərindən müsbət reaksiyalar alıb. İndi xalq silahlarını yerə qoyub və Dağlıq Qarabağ prezidenti fərmanla dövlətin ləğvi barədə elan edib. Təxminən 100 min erməni sakini Dağlıq Qarabağı tərk edib. Babloyan prezident Əliyevə qeyd-şərtsiz amnistiya vədini yerinə yetirmək üçün yalvardığını bildirib.

Ara Babloyan məktubunu prezident Əliyevin vədinə əməl etmək və dərhal amnistiya elan etmək yolu ilə regionda növbəti təqib və təhqirlərin qarşısı alınacağına ümid etdiyini ifadə etməklə bitirib.