Tiqran Xaçatryan Vasilis Maraqosla görüşübbackend

Tiqran Xaçatryan Vasilis Maraqosla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan Aİ-nin Ermənistana yeni təyin olunmuş nümayəndə heyətinin rəhbəri səfir Vasilis Maraqosla görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Xaçatryan həmçinin səfir Maraqosa Dağlıq Qarabağdan məcburi köçkün edilmiş insanların təcili ehtiyacları barədə məlumat verib. Ermənistan hökumətinin bu ehtiyacların ödənilməsi üçün həyata keçirməyi planlaşdırdığı tədbirləri açıqlayıb.

Maraqos humanitar vəziyyətdən narahatlığını ifadə edib və Aİ-nin Ermənistan hökumətinin Dağlıq Qarabağdan məcburi köçkünlərə yardıma yönəlmiş təşəbbüslərini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.