Araik əhalini inteqrasiyaya hazırlayırbackend

Araik əhalini inteqrasiyaya hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin rəhbəri Araik Arutyunyan “Artsax TV” telekanalına eksklüziv müsahibə verəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, bəziləri bu açıqlamanı tanınmamış “DQR” “hakimiyyəti”nin son addımları kimi qiymətləndirir.

Qəzetin məlumatına görə, A. Arutyunyanın verəcəyi açıqlama Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getmək istəyi ilə izah edilir.

Xankəndidə isə hesab edirlər ki, Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir və o, açıq şəkildə “inteqrasiya olamayacaq” bəyanatlarına qoşulsa da, reallıqda gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.

KİV bildirib ki, separatçı qurumun “lideri” yaxın gələcəkdə nə edəcəyini müzakirə edəcək və qərarlar qəbul edəcək başqa bir “qurum” yaratmaq qərarına gəlib:

“Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalı və “Artsax”da qalan insanların nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə nə qədər yüksək vəzifə tutmasından asılı olmayaraq, bir nəfər təkbaşına həll edə bilməz. Həmin qurum 120 min (?) insanın fikrini əks etdirməlidir. Lakin hadisələr göstərir ki, “Artsax”da nüfuz sahibi olan insanlar, məsələn, keçmiş “prezidentlər” məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin isə bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü şəxslərin iştirakına gəldikdə bu, yalnız dağıdıcılıq fəaliyyətini özündə büruzə verəcək. Bu cür qurumların yaranıb kağız üzərində qalmasının səbəbi də budur”, – qəzet əlavə edib.
Yenisabah.az