Araik Ordumuza hərbi əməliyyat üçün imkan yaradırbackend

Araik Ordumuza hərbi əməliyyat üçün imkan yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araik Arutyunyan və onun kimilər orada-burada bəyanatlarla çıxış etməklə heç nəyi dəyişə bilməzlər.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ məsələsi Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” fikrinə erməni separatçılarının terrorçu başçısı Araik Arutyunyanın etirazı barədə danışarkən deyib.

İ.Vəlizadə bildirib ki, Azərbaycan mövcud şəraitdən istifadə edərək, beynəlxalq məhkəmələrə müraciət edə bilər: “Separatçıların fəaliyyəti postmünaqişə dövründə gedən müsbət proseslərdə əngəllərin yaranmasına, üçtərəfli sazişin məlum müddəalarının pozulmasına yönəlib və əlbəttə ki, bu, yolverilməzdir. Düşünürəm ki, bununla bağlı lazımlı işlər aparılmalıdır”.

Politoloq Rusiya sülhməramlılarının Azərbaycan Ordusu ilə birgə antiterror əməliyyatı aparmasının mümkünlüyünü də vurğulayıb: “Çünki onlar mahiyyət etibarı ilə terrorçudurlar və buna görə də onlara qarşı antiterror əməliyyatının aparılması zəruridir.

Bu açıqlamalar Qarabağda məskunlaşan separatçı tör-töküntülərinin təhlükə mənbəyi kimi qalmasından xəbər verir. Bu təhlükənin aradan qaldırılması üçün isə konkret tədbirlərə ehtiyac var. Bu tədbirlər sırasına həm də beynəlxalq səviyyədə işlərin aparılması daxildir”.