Araikin şıltaqlığı yeni müharibəyə səbəb ola bilər?backend

Araikin şıltaqlığı yeni müharibəyə səbəb ola bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın komandası Qarabağın statusu ilə bağlı hər hansı məsələni bilavasitə qaldırmaqdan və müzakirə etməkdən çəkinir”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

O, qondarma rejimin “rəhbəri” Araik Arutyunyanın Ermənistanın Baş naziri Nikol Paşinyanla uzun müdət görüşə bilməməsinin pərdəarxası məqamlarına toxunub: “Avropa İttifaqının vasitəçiliyi ilə Praqada keçirilən Azərbaycan Ermənistan danışıqları ilə rəsmi Bakının irəli sürdüyü sülh gündəliyi həm vasitəçilər, həm də İrəvan tərəfindən qəbul olundu. Həmçinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları artıq ABŞ və Ermənistanın maraqlarını təmsil edən Fransa da qəbul edir. Yeni reallıqlar son 30 ildə ermənilərin irəli sürdüyü iddialar, eyni zamanda, post-müharibə dövründə irəli sürdükləri şərtləri qeyri-mümkün edir. Həm Azərbaycan-Türkiyə ittifaqının gücü, imkanları, həm də geosiyasi qüvvələr nisbəti və ermənilərin ağır məğlubiyyəti İrəvanın əvvəlki şərtlərdə israr etməsinin üstündən xətt çəkib. Ermənistan üçün alternativ seçim qoymayıb”.

Siyasi şərhçi deyib ki, artıq Ermənistanın işğalı aradan qaldırılıb: “İşğal faktı ermənilərə Qarabağa müstəqilliyə bərabər status verilməsi iddiaları ilə çıxış etməyə imkan yaradırdı, lakin ermənilər indi əsas dəlillərdən məhrum olublar. Təsadüfi deyil ki, Azərbaycan qarşı yeni müharibə iddiaları və yeni ərazi iddiaları Paşinyan hakimiyyətə gəldikdən az sonra səsləndirilməyə başladı. İndi isə Paşinyan iqtidarı üçün Qarabağın müstəqiliyi məsələsini qaldırmaq intihara bərabər olardı. Bu, faktiki olaraq kapitulyasiya şərtlərindən imtina və yeni müharibə mesajı ola bilərdi. Məhz buna görə Paşinyanın komandası indi Qarabağın statusu ilə bağlı hər hansı məsələni bilavasitə qaldırmaqdan və müzakirə etməkdən çəkinir”.

Z.İbrahimli əlavə edib ki, Araik Arutyunyan hələ də Qarabağa status tələb edən qüvvələrin təmsilçisi və rəsmi İrəvan üçün arzuolunmaz fiqurdur: “Müharibə cinayətlərində əli olan Araik Arutyunyan heç bir tərəf üçün məqbul fiqur deyil. İndiki məqamda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi diqqət mərkəzindədir. Separatçılarla bağlı məsələlər isə növbəti mərhələdə aktuallaşacaq.

Araik Arutyunyan artıq keçmişi təmsil edir və onun heç bir siyasi dəyəri qalmayıb. Yeni mərhələdə yeni yanaşma olacaq və yeniliyi qəbul edənlər masa arxasında əyləşə biləcək”.

“Əlbəttə, Paşinyan iqtidarı vasitəçilər, Fransa və ABŞ hesabına Qarabağ erməniləri məsələsini aktual saxlamağa çalışır. Erməni diplomatiyasının əsas vəzifələrindən biri budur. Bununla belə, Azərbaycanın təsir imkanları və mövcud şərtlər rəsmi Bakıya qətiyyətli mövqeyini qorumağa imkan verir”, – deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.