Araz Supermarketlər Laçın Supermarketlər şəbəkəsini ALDIbackend

Araz Supermarketlər Laçın Supermarketlər şəbəkəsini ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Veysəloğlu Şirkətlər Qrupu ölkədə daha bir supermarketlər şəbəkəsini aldı.

Bu barədə NOCOMMENT.az-a şirkətdən bildiriblər.

Verilən məlumata görə, artıq alqı-satqı ilə bağlı tərəflər arasında əldə olunan razılaşmaya əsasən müqavilə imzalanıb.
Anlaşmaya gorə, Veysəloğlu şirkəti hazırda Bakı ətrafı qəsəbələrdə fəaliyyət göstərən “Laçın Supermarket”lər şəbəkəsi biznesini alıb. Mənbə həmçinin bildirib ki, Laçın Supermarketlər şəbəkəsi ölkədə ən böyük supermarket şəbəkəsi olan Araz Supermarketlər şəbəkəsinin tərkibinə qatılacaq.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər, Spar Supermarketlər, OBA, Pepco və bir sıra yeni açılmış digər marketlər ölkənin ən böyük şəbəkə marketlər seti olamaqla yanaşı pərakəndə sektorda liderlərdən birincisidir.

NOCOMMENT.az