Veysəloğlu daha bir Supermarketlər şəbəkəsini alırbackend

Veysəloğlu daha bir Supermarketlər şəbəkəsini alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Veysəloğlu Şirkətlər Qrupu ölkədə daha bir supermarketlər şəbəkəsini almağa hazırlaşır.

Bu barədə NOCOMMENT.az-a şirkətdən bildiriblər.

Veyseloglu Qrup

Redaksiyamızın əldə etdiyi məlumata görə, Veysəloğlu şirkəti hazırda Bakı ətrafı qəsəbələrdə fəaliyyət göstərən supermarketlər şəbəkəsindən biri ilə danışıqlar aparır.

Əldə etdiyimiz məlumata əsasən hələ ki, adı açıqlanmayan marketlər şəbəkəsi ölkədə ən böyük supermarket şəbəkəsi olan Araz Supermarketlər şəbəkəsinin tərkibinə qatılacaq.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarketlər, Spar Supermarketlər, OBA və Pepco marketlər ölkənin ən böyük şəbəkə marketlər seti olamaqla yanaşı pərakəndə sektorda liderlərdən birincisidir.

NOCOMMENT.az