Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Araz” Supermarketlər Şəbəkəsi Johnson&Johnson şirkətinə aid məhsulları boykot edərək, bu məhsulların satışını dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, hazırda məhsullar rəflərdən yığışdırılır.
Qeyd edək ki, bu addım “Johnson&Johnson” şirkətinin Tvitter hesabındakı paylaşımında Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına etiraz əlaməti olaraq atılıb.
Xatırladaq ki, ölkədə bir çox tanınmış marketlər şəbəkəsi sözügedən şirkətin məhsullarının satışını dayandırıb.