Arda Gülər ÇL heyətində yer alıbbackend

Arda Gülər ÇL heyətində yer alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”də çıxış edən türk futbolçu Arda Gülər Çempionlar Liqası heyətində yer alıb.

NOCOMMENT.az xəbər verir ki, UEFA bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq bütün komandaların tam heyətlərini açıqlayıb.

Arda Gülərin sentyabrın 27-də Las Palmasla oynanılacaq matçla yaşıl meydanlara dönməsi və ilk dəfə Real Madrid formasını geyinməsi gözlənilir.

Qeyd edək ki, mövsümün əvvəlində “Fənərbaxça”dan 20 milyon avroya “Real Madrid”ə transfer olunan 18 yaşlı milli futbolçu ABŞ-dakı mövsümöncəsi təlim-məşq toplanışı zamanı sağ dizindən zədələnib. Gülər avqustun 14-də əməliyyat olunub.