“Qarabağ”ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olubbackend

“Qarabağ”ın avrokuboklarda əldə etdiyi gəlir bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu mövsüm avrokuboklarda ən çox mükafat qazanan klublar bəlli olub.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki,“Qarabağ” bu göstəricidə ilk 50 komanda arasında yer alıb.

Çempionlar Liqasında mübarizəyə başlayan Ağdam klubu Avropa Liqasında 1/8 finala vəsiqə qazanaraq 10 milyon 482 min avro gəlir əldə edib. Beləliklə, təmsilçimiz 47-ci pillədə qərarlaşıb.

“Qarabağ”ın 1/8 finaldakı rəqibi “Bayer” 13 milyon 790 min avro mükafat qazanaraq 34-cü olub.

Qeyd edək ki, cari mövsüm avrokuboklarda ən çox gəlir əldə edən komanda “Real Madrid”dir. İspaniya klubu 79 milyon 892 min 421 avro qazanıb.