2025-ci ildə transfer dəyərini ən çox artıran futbolçuların siyahısı açıqlanıb.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, siyahıya “Bavariya”nın futbolçusu Maykl Olise rəhbərlik edir. “Transfermarket”in məlumatına görə, futbolçunun transfer dəyəri 65 milyon avro artaraq 130 milyon avroya çatıb. “Nyukasl Yunayted” klubunun futbolçusu da xeyli dəyər qazanıb. Futbolçunun transfer dəyəri 7,5 milyon avrodan 70 milyon avroya qalxıb. PSJ klubunun yarımmüdafiəçisi Vitinyanın transfer dəyəri 55 milyon avro artaraq 110 milyon avroya çatıb.
“Real Madrid”in futbolçusu Arda Gülerin transfer qiyməti 45 milyon avro bahalaşaraq 90 milyon avroya çatıb. Siyahıda Niko Paz, Neves və digər futbolçuların da adları var.













