Arif Əliyev son mənzilə yola salınırbackend

Arif Əliyev son mənzilə yola salınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində bir qrup media nümayəndələri ilə birlikdə minaya düşərək dünyasını dəyişən Kəlbəcər rayon Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Ağalar oğlu Əliyev bu gün Göygöl rayonunda son mənzilə yola salınır.

NOCOMMENT.az xəbər verir ki, mərhumla Göygöl rayonunda məskunlaşdığı Xasa Bağı qəsəbəsindəki evində vida mərasimi keçirilir.

Vida mərasimində mərhumun yaxınları ilə yanaşı Kəlbəcər rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri iştirak edir.

Mərhum Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Arif Əliyev ailəli idi, 3 övladı var.