Ekspert: Həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanırbackend

Ekspert: Həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Televiziyalarda yayımlanan sosial verilişlər hər zaman tənqid hədəfi olur. Hər kəs düşünür ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir, yayımdan qaldırılmalıdır və s. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur.

Bu problemin səbəbi nədir? Tamaşaçı bəyənmədiyi verilişlərə niyə baxır?

NOCOMMENT xəbər verir ki, jurnalist Arif Əliyev mövzu ilə bağlı yenisabah-a danışıb.

O, sosial verilişlərə baxan və tənqid edən auditoriyaların fərqli olduğunu bildirib: “Düşüncəli, zəkalı, televiziyada maarifçilik verilişləri və ciddi sənədli filmlər görmək istəyən adamlar sosial verilişləri tənqid edir. Bilirlər ki, həmin verilişlər aşağı səviyyəli insanlar üçün hazırlanıb və onların hisslərini istismar edir. Böyük əksəriyyət o səviyyədə deyil və bu cür verilişləri, başqalarının həyatının oyuna çevrilməsini izləmək onlara zövq verir.

Buna görə həmin verilişlərin reytinqinin artmasının şahidi oluruq. Bu yalnız Azərbaycan üçün keçərli deyil. İstənilən ölkəni götürsəniz onun auditoriyasının böyük hissəsi bu cür aşağı səviyyəli zövqə, sensassion materiallara meyl edir və televiziyalar bundan istifadə edirlər.Əhalinin televiziya qarşısında göz yaşı tökdüyü əhvalatların çoxu quramadır.

Hər şey televiziya rəhbərliyindən və yaxud ölkədə televiziya rəhbərliyinə təsir edə bilən dairələrin məqsədindən asılıdır. Əgər məqsəd cəmiyyəti ciddi informasiyaya alışdırmaqdırsa, bu cür sosial verilişlər təbii ki dayandırılır. Yox, əgər məqsəd tamaşa düzəltməkdirsə, bu cür verilişlərin sayı artır”.