Arif Hacılı Polad Həşimovun anası ilə görüşdü – Fotobackend

Arif Hacılı Polad Həşimovun anası ilə görüşdü – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat başqanı Arif Hacılı və bir qrup partiya üzvü Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun, palkovnik İlqar Mirzəyevin və digər hərçilərimizin şəhadətə qovuşmasının ikinci ildönümündə II Şəhidlər xiyabanını ziyarət edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi özünün facebook səhifəsində məlumat verib. Hacılı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyduqlarını və onların yaxınlarına baş sağlığı verdiklərini qeyd edib.

Müsavat başqanının sosial şəbəkə hesabında paylaşdığı şəkillərdən onun Aərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova ilə də görüşdüyü aydın olur.