Tofiq Yaqublunun həbsdə qalma müddəti uzadıldıbackend

Tofiq Yaqublunun həbsdə qalma müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.

Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.