Arif Quliyevin məzar daşı qoyuldu – FOTObackend

Arif Quliyevin məzar daşı qoyuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti, mərhum aktyor Arif Quliyevin məzar daşı qoyulub.

NOCOMMENT.az xəbər verir ki, bu haqda açıqlamasında Xalq artistinin gəlini Nəzifə Quliyeva bildirib.

“10 gün əvvəl cənab prezidentin tapşırığı ilə aidiyyatı qurum ailəmizlə əlaqə saxladı və bildirdi ki, nə lazımdırsa hər şey ediləcək. 10 gün içində məzar daşı hazırlandı, dəfn olunduğu ərazi ağ daşlarla dövrəyə alındı. Bu gün nəhayət ki, Arif müəllimin məzar daşı qoyuldu. Sağ olsun dövlətimiz, cənab prezidentimiz! Ailəmizin və sənət yoldaşlarının adından ona öz təşəkkürümü bildiririk” deyə sənətkarın gəlini bildirib.
Moderator.az