Diri-diri basdırılan qadın 10 saat sonra xilas edildibackend

Diri-diri basdırılan qadın 10 saat sonra xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada qəbiristanlıqda diri-diri basdırılan qadın 10 saatdan çox məzarda qaldıqdan sonra xilas edilib.

NOCOMMENT.az xəbər verir ki, 36 yaşlı qadın məzardan çıxarıldıqdan sonra iki kişi həbs edilib.

Xəstəxana işçiləri qurbanın hazırda reanimasiyada olduğunu və barmağının kəsilməsinə ehtiyac ola biləcəyini açıqlayıb.

Polis bildirib ki, 4 uşaq anası  martın 28-də döyülərək evindən çıxarılıb daha sonra məzarlığa aparılıb.

Qəbirqazanlar qəbrin yanında təzə sement və qan görənə qədər qurban yerin altında 10 saat sağ qalıb. Qəbirqazanlar qadının səsini eşidən kimi polisi axtarıblar.

NOCOMMENT.AZ