Rusiyanın xalq artisti vəfat etdibackend

Rusiyanın xalq artisti vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının xalq artisti Aleksandr Şirvindt xəstəxanada vəfat edib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Satira Teatrının aktyoru Sergey Qazarov bildirib.

“Aleksandr Anatolyeviçin oğlu Mişa mənə zəng etdi, o, yarım saat əvvəl xəstəxanada öldü… Hələ necə və nə edəcəyimizi bilmirəm”, – o bildirib.

Qeyd edək ki, Aleksandr Şirvindt 1934-cü il iyulun 19-da Moskvada anadan olub.

Şirvindtin 89 yaşı var idi.