Arvadını bıçaqlayan adam 12 il həbs cəzası aldıbackend

Arvadını bıçaqlayan adam 12 il həbs cəzası aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bursansanın Mudanya rayonunda həyat yoldaşına bıçaqla xəsarət yetirən təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.

NOCOMMENT xəbər verir ki, Bursa 9-cu Ağır Cəza Məhkəməsində keçirilən iclasda şübhəli Kənan Yılmaz (42), Ailə və Sosial Xidmətlər Nazirliyinin müavini və tərəflərin vəkilləri iştirak edib.

Təqsirləndirilən şəxsin “qəsdən adam öldürməyə cəhd” cinayətinə görə cəzalandırılması tələbi irəli sürülüb və Ailə və Sosial Xidmətlər Nazirliyinin vəkili də təqsirləndirilən şəxsə ən yüksək həddə cəza verilməsini istəyib.

Təqsirləndirilən Kənan Yılmaz əvvəlki müdafiələrini təkrarlayaraq, “Həyat yoldaşımı hələ də çox sevirəm, ondan bir daha üzr istəyirəm. Təəssüf edirəm. İlk növbədə, bəraət hökmünü çıxarıb məhkəmədən azadlığa buraxılmağımı, müddəaların icrasını tələb edirəm” deyib. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsi “qadını qəsdən öldürməyə cəhd” cinayəti törətdiyi üçün 12 il müddətinə azadlıqdan məhrum edib.