Arvadını bıçaqlayaraq öldürmək istəyən şəxslə bağlı QƏRARbackend

Arvadını bıçaqlayaraq öldürmək istəyən şəxslə bağlı QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə arvadını öldürməyə cəhddə təqsirləndirilən Q.Rzayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

NOCOMMENT Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, hadisə 28 may 2021-ci il tarixdə, saat 19:30 radələrində Şamaxı şəhərində yerləşən evlərin birində qeydə alınıb.  Belə ki, Q.Rzayev arvadı, zərərçəkmiş T.Rzayeva ilə ailədaxili münasibətlər zəminində mübahisə edib. O, həmin gün “Qoşqar” adlı marketdən alaraq üzərində gəzdirdiyi mətbəx bıçağı ilə arvadının bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra Q.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.