ASALA-nın İranla ƏMƏKDAŞLIĞI: Yeni faktlarbackend

ASALA-nın İranla ƏMƏKDAŞLIĞI: Yeni faktlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb.

NOCOMMENT Caliber-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində danışıb.

O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.

“Qubadlının azad edilməsindən (1993-cü il avqustun 31-də Qubadlının işğalını nəzərdə tutur – red.) əvvəl farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdılar. İndi açıqlayacağım məlumat məxfidir. Ancaq bu gün sizə danışacağam”, – deyə M.Jamkoçyan söyləyib.

O qeyd edib ki, həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər.

Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazılığından xəbərdar idilər: “Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa, olsun Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqqında farslara təminat vermişdik. Və belə də oldu”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı əli günahsız azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-nin Kaliforniya ştatının Viseyliya şəhərində doğulub.

ASALA RM-in rəhbərlərindən biri olub. Livanda vətəndaş müharibəsində iştirak edib. “Əbu Sindi”, “Saro”, “Timoti Şon Mak-Kormak”, “Komandir Avo” kimi ləqəblər altında fəaliyyət göstərib.

1988-ci ildə ermənilər Qarabağda separatizmə başlayandan sonra dünyanın müxtəlif yerlərindən terrorçular bura axışıb. Onlardan biri də M.Melkonyandır. Azərbaycan torpaqlarının işğalına rəhbərlik edən əsas terroçulardan biri sayılır.

Azərbaycan Ordusu 1993-cü il iyunun 12-də Ağdam rayonunun Mərzili kəndində M.Melkonyanı məhv edib.

1996-cı ildə Ermənistanın “Milli qəhrəmanı” adına layiq görülüb.