ASAN Xidmət əməkdaşını qaçıran qohumu tutuldubackend

ASAN Xidmət əməkdaşını qaçıran qohumu tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə 30 yaşlı qadını qaçıran şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan NOCOMMENT-ə bildirilib ki, martın 7-də qohumu Tutu İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb. Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimova “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır. Anasının sözlərinə görə, Qeys Cabbarov onların yaxın qohumudur.