ASAN xidmət hansı tarixdə işləyəcək?backend

ASAN xidmət hansı tarixdə işləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək k, ölkə ərazisində 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3 saylı Bakı “ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.