ASAN xidmətdə yeni kadr təyinatı olubbackend

ASAN xidmətdə yeni kadr təyinatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İlk Həmkarlar İttifaqı təşkilatının növbədənkənar yığıncağı keçirilib.

Agentlikdən NOCOMMENT-ə verilən məlumata görə, növbədənkənar yığıncaq Həmkarlar İttifaqı təşkilatının 2020-ci il ərzində görülən işlərə dair Hesabatının təqdim edilməsi və Komitəyə yeni sədrin seçilməsi məqsədilə təşkil olunub.

İclasın yekununda Komitə üzvlərinin yekdil qərarı ilə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin baş məsləhətçisi Əsli İbrahimli Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.